Pandemiyaların və yeni virusların təkrarlanma ehtimalına dair təhlil və proqnozlar, gələcək illərdə böyük əhəmiyyət kəsb edir. Bu vəziyyətə qarşı müəyyən addımlar atılır. Bununla bağlı öncədən lazımi hazırlıq tədbirləri görsək və ehtiyatlı davranarsaq, belə hadisələrin təkrarlanmasının qarşısını almaq mümkündür.
“İki sahil” xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində ölkəmizə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün daim nəzarət və hazırlıqlar görülməkdədir: “Təhlükələrin qarşısını almaq və onların təsirlərini minimuma endirmək üçün hazırlıqlı olmağımız vacibdir. Bununla yanaşı, hər birimiz öz məsuliyyətimizi dərk etməliyik”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir