BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 12-də Latın Amerikası Gəncləri üçün İqlim Təqaüdünün (LAYCS) üç alimi Çili, Meksika və Braziliyada iqlim fəaliyyəti liderliyinə dair təcrübələrini paylaşıblar.
“İki sahil” xəbər verir ki, sessiyada çıxış edən Mapuçe Huyliçe tayfasının nümayəndəsi (Çili) Antumalen Ayelen Antillanca Urrutia, "APOINME" qeyri-kommersiya təşkilatının və Jiripanko xalqının nümayəndəsi (Braziliya) Ervison Arauxo Silva və Meksikanın Oaxaka bölgəsindəki Santiago Matatlán kəndində yaşayan Zapotek mənşəlli nümayəndə Betzabeth Martinez Gutierrez öz yaşadıqları bölgələrdəki yerli icmaların üzləşdiyi ekoloji problemlərdən danışıblar. Hazırda həmin yerli icmaların iqlim böhranı ilə üz-üzə olduğunu və bunun üçün mübarizə apardıqlarını qeyd ediblər.
Çıxışçılar göllərin qorunması, insanların sağ qalması, gələcək nəsillərin rifahının təmin edilməsi mövzularını əhatə edən təqdimatlarla çıxış ediblər.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir