“Azərbaycanda təşkil olunan COP29-u çox bəyənirik. Burada hər şey yaxşıdır. Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq”.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Braziliyada yerli xalqların naziri Sonya Quajajara deyib.
“Biz torpaqlarımızı qorumaq, daha çox yerli torpaqların sərhədlərini müəyyən etmək, həmçinin xəstəliklərlə mübarizə aparmaq üçün buradayıq. Braziliyada həmin problemlərlə qarşılaşırıq. Biz iqlim dəyişikliyinə, yanğınlara qarşı mübarizə, qeyri-qanuni mədənçilik, meşələrin qırılması, yerli torpaqlarda işğalçılara qarşı mübarizə aparmalıyıq”, - deyə braziliyalı nazir bildirib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir