“Bakı Politoloqlar Klubu” İctimai Birliyi COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.

“İki sahil” xəbər verir ki, müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.
“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun kəsb edir və beynəlxalq diqqət tələb edir. Ekspert Elşən Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib. Konfransda Azərbaycanın dünyadakı çağırışlarla bağlı yanaşmalarına xüsusi toxunulub.
Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir