Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu, COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri. Layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Yeni "yaşıl enerji dəhlizi" yaradılmaqdadır", - H. Hacıyev vurğulayıb.
Yet one of the important deliverables of COP 29 at the regional and trans regional level. Azerbaijan, Kazakhstan and Uzbekistan signed MOU on development and transmission of renewable energy along the Caspian Sea. The project will also be linked with the Black Sea energy cable.… pic.twitter.com/12dniMP3JT
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 13, 2024
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir