Bu gün Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “İqlim ədaləti və bərabərlik” mövzusunda panel sessiyası keçirilib.
Moderator Leyla Həsənova COP29 Azərbaycan üzrə Gənclər arasında İqlim Çempionudur. Məlumat üçün bildirək ki, L. Həsənova Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Sədridir və bundan əvvəl Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyinin rəhbəri və ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunda proqram koordinatoru vəzifələrində çalışıb.
Panel çərçivəsində İqlim Diplomatiyası komandasının Kiçik Ada Dövlətləri Alyansının (AOSIS) sədrinə dəstəyinə rəhbərlik edən təcrübəli beynəlxalq iqlim hüququ və idarəetmə mütəxəssisi Rueanna Haynes, Rhenus Group-da idarə etdiyi layihələrin rəhbəri Aleksandra Oqneva, IPCC İşçi Qrupu 2, Sədr müavini görkəmli iqlim alimi Adelle Thomas, CGIAR-ın icraçı direktoru İsmahane Elouafi çıxışlar ediblər.
Sonra panel çərçivəsində müzakirələr aparılıb, suallar cavablabdırılıb.
Orxan Vahidoğlu, "İki sahil"
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib