Qazaxıstanla Azərbaycan arasında turizm də daxil olmaqla, bir çox sahələrdə tarixi əməkdaşlıq ənənələri mövcuddur.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Qazaxıstanın turizm və idman nazirinin müavini Yerjan Yerkinbayev deyib.

Y.Yerkinbayev iki qardaş ölkə arasında turizm əlaqələrinin daha genişləndirilməsində, aviauçuşların və qarşılıqlı turist səfərlərinin sayının artırılmasında maraqlı olduqlarını vurğulayıb.
COP29 çərçivəsində COP tarixində ilk dəfə olaraq təşkil edilən “Turizm Günü”ndə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” nün əhəmiyyətindən bəhs edən nazir müavini turizmin iqlim dəyişikliyindən təsirlənərək, həm də iqlim dəyişikliyinə töhfə verən bir sahə kimi qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi rola malik olduğunu bildirib.
Yaqut Ağaşahqızı, “İki sahil”
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir