Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə aktyor öz sosial şəbəkə hesabında paylaşım edib.
Sənətçi instaqram hesabının hekayə bölümündə Qız qalasının fotosunu paylaşıb.
Qeyd edək ki, Enginin Azərbaycana gəlmə səbəbi hazırda paytaxtda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29). Belə ki, aktyor Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edir.
Xatırladaq ki, Engin Altan Düzyatan 2023-cü ildə Dubayda keçirilən COP28-də də iştirak edib.
Bir çox layihələrdə rol alan aktyor, Azərbaycan tamaşaçılarına daha çox “Diriliş Ertuğrul” serialındakı Ərtoğrul Qazi obrazı ilə tanışdır.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir