COP28-in baş danışıqçısı Hana Əl-Həşimi biomüxtəlifliyin qlobal azalması ilə mübarizə üçün COP29-un sədrliyi altında vahid səy göstərilməsinə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Əl-Həşimi “Bakıdan Belenə: Paris Sazişinin 6.8-ci maddəsi kontekstində kompleks və dayanıqlı meşə idarəçiliyi üçün Amazon Regional Mexanizminin təsirinin birgə azaldılması və adaptasiya” adlı tədbirdə bildirib.
“İqlim dayanıqlığına nail olmağın əsas elementi kimi qlobal biomüxtəlifliyin itkisi ilə qəti şəkildə mübarizə aparmaq üçün COP29-un sədrliyinin tələb etdiyi kimi, həmrəylik bayrağı altında birləşməliyik. Biz qəti şəkildə uğur qazanmaq niyyətindəyik və burada - Bakıda və Belendə (2025-ci ildə) hədəflərimizə nail olmaq üçün fəal işləyirik”, - o deyib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir