Azərbaycan Türkiyəyə və buradan Avropaya “yaşıl enerji” və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşdə enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair müzakirələr aparılıb.
Həmçinin, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekunlaşdırılması və “Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu”nun keçirilməsi ilə bağlı cari vəziyyəti dəyərləndirilib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir