BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ekofəalların növbəti aksiyası baş tutub.
“İki sahil” xəbər verir ki, etirazçıların əsas tələbi iqlimlə bağlı maliyyənin trilyonlarla dollara çatdırılmasıdır.
Ekofəallar bildiriblər ki, investisiyaların hazırkı səviyyəsi temperaturun 1,5°C ilə məhdudlaşdırılması və karbon-neytral iqtisadiyyata keçid kimi qlobal iqlim məqsədlərinə çatmaq üçün kifayət deyil.
Onlar, həmçinin iqlim maliyyələşməsinin ədalətli bölüşdürülməsinin vacibliyini vurğulayıblar.
"Pay up for climate finance", "We need trillions not billions" şüarları ilə fəallar hökumətləri və özəl sektoru daha qətiyyətli addımlar atmağa çağırıb və ləngimənin geri dönülməz nəticələrə səbəb ola biləcəyini qeyd ediblər.
Yaqut Ağaşahqızı , “İki sahil”
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir