Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çinin Sian Beynəlxalq Liman İdarəetmə Komitəsinin Baş katibi Sun Yiminlə görüşüb.
“İki sahil” xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə Sian Limanı ilə Azərbaycan Dəmir Yolları (ADY) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
“Sevindiricidir ki, noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salındı”, - deyə nazir R.Nəbiyev bildirib.
ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikintisində bütün təhlükəsizlik tədbirləri görülüb
Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib
Auditorlar Palatası fəaliyyətini rəqəmsallaşma, peşə etikası və beynəlxalq əməkdaşlıq istiqamətində gücləndirir