Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında artım davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xarici bazarlara 94 min 526.3 ton alma, armud və heyva ixrac olunub.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur.
Azərbaycandan alma, armud və heyva ixracının ümumi dəyəri 59 milyon 994 min 600 dollar təşkil edib. Bu meyvələrin ixracında ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 2.8% daha çox gəlir əldə olunub.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri