Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini ləğv edib.
“İki sahil” AMB-yə istinadla xəbər verir ki, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul olunub.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri