“Qazprom” Çinə boru kəməri ilə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atdığını açıqlayıb.
“Sibirin Gücü” qaz xətti ilə gündəlik qaz axını Rusiyanın maksimum müqavilə öhdəliklərini keçib. “Qazprom” rəqəm təqdim etmədən bildirib.
Dekabrın 1-də “Qazprom” gündəlik tədarük həcmini ildə 38 milyard kubmetrə çatdırıb ki, bu, “Sibirin Gücü”nün ümumi layihə gücünə bərabərdir.
Çin bu il Rusiyanın boru kəməri vasitəsilə satışa çıxardığı qaz üçün ən böyük bazara çevrilmək üzrədir. Xatırladaq ki, Avropalı müştərilərinin əksəriyyəti Ukrayna ilə münaqişə səbəbindən Rusiya tədarükündən yayındıqdan sonra “Qazprom” alıcı kimi Çindən daha çox asılıdır.
Nubar Süleymanova, “İki sahil”
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Dövlət İnformasiya Agentliyinə geniş müsahibə verib
Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri