Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası davam etdirilir.
“İki sahil” xəbər verir ki, aparılan işlər çərçivəsində ilkin mərhələdə köhnə körpü sökülərək ərazi təmizlənib, suyun istiqaməti dəyişdirilib, tikinti sahəsi hazırlanıb. Hazırda ərazidə betonlama işlərinə başlanılıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə icra olunur.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
“Burqundi, yoxsa qatlanan?”: təcavüzkarlar “iPhone 18” fanatizmindən sui-istifadə edirlər
Süni intellekt Azərbaycanın yeni inkişaf mərhələsinin hərəkətverici qüvvəsi kimi
"Fitch": SOCAR-ın İtaliyanın IP şirkətinə yiyələnməsi onun beynəlxalq biznes mövqeyini gücləndirəcək