10 dekabr 2024 14:15
464

Cəbrayıl və Füzulidə yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir

"Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində bir neçə ərazidə yaşıllıq sahəsi salınıb".

“İki sahil” xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 38,0 ha yeni yaşıllıq sahəsi salınıb:

"Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir".