11 dekabr 2024 10:28
286

Bakıda yaşayış binasında yanğın - Üç nəfər xilas edildi

Bakının Nəsimi rayonunda yanğın zamanı 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.