Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üçün ÜDM-in artım proqnozunu 2024-cü ildə 0,2 faiz bəndi, 2024-cü ildə isə 0,1 faiz bəndi artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə ADB-nin region üzrə proqnozunda bildirilib.
Bank sentyabr proqnozu ilə müqayisədə regionun iqtisami artım proqnozunu bu il üzrə 4,7%-dən 4,9%-ə, 2025-ci il üzrə isə 5,2%-dən 5,3%-ə yüksəldib.
"İqtisadi artım proqnozunun yaxşılaşdırılması Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistanda 2024-cü ilin sentyabrında gözləniləndən yüksək olan güclü iqtisadi artımı əks etdirir. Qeyri-neft-qaz sektoru hesabına dövlət investisiyaları ilə dəstəklənən sektorlar, Azərbaycan iqtisadiyyatı ilin ilk 3 rübündə 4,7% genişlənməsinə səbəb olub. Eyni dövrdə Gürcüstanda ÜDM artımı kredit və əmək haqqı artımı ilə dəstəklənən güclü istehlak, habelə infrastruktura dövlət xərcləri hesabına 9,8%-ə çatıb. Güclü pul köçürmələri və qızıl ixracı ilə Tacikistan iqtisadiyyatı 8,4% böyüdüb. Sabit investisiya artımı ilə Özbəkistan 2024-cü ilin ilk 9 ayında 6,6% artım qeydə alınıb. Ermənistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan üçün artım proqnozu dəyişməz olaraq qalır" - ADB əlavə edib.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub