Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 113 milyard 282,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 %, qeyri neft-qaz sektorunda isə 6,4 % artıb.
ÜDM istehsalının 37,1 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,2 %-i tikinti, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 19,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10 %-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 11 104 manat olub.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub