Orta Dəhliz üzrə yükdaşımaları 100 % yaşıl enerji ilə təmin ediləcək.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
"Dekarbonizasiya ilə bağlı bizim Asiya İnkişaf Bankı ilə layihəmiz həyata keçirilir. Bu günlərdə Asiya İnkişaf Bankının missiyası Bakıda idi. Dekarbonizasiya istiqamətində dəmir yollarına əlavə qrant ayırılmasına dair ilkin olaraq razılıqlarını bildiriblər. Bununla da biz demək olar ki, Orta Dəhliz üzrə yükləri 100 % yaşıl enerji ilə daşınmasını təmin etmiş olacağıq", - o qeyd edib.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub