Paytaxtın Nizami rayonu ərazisində 76 yaşlı kişiyə qarşı quldurluq cinayəti törədilib.
"İki sahil" DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evin qarşısında tanımadığı şəxslərin ona zor tətbiq edərək içərisində pul, sənədlər və digər qiymətli əşyalar olan çantasını ələ keçirdiklərini bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Valeh Abbasov və 21 yaşlı Röyal Əsədov saxlanılıblar.
Həmin şəxslərin etdikləri əməl ərazidəki kameralar vasitəsilə də anbaan qeydə alınıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı dekabrın 13-ü saat 15 radələrində Q. Qarayev prospektində 55 yaşlı qadının qızıl boyunbağısını qoparıb qaçan əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Rahib Babayev də saxlanılıb. Hər iki faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
VIII Qurultayın yekunları və qarşıda duran hədəflərin müzakirəsi Ağdaşda davam etdirilir
YAP Ordubad rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub