Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Qəbələ şəhərində irigövdəli ağacın avtomobilin üzərinə aşması və nəticədə avtomobil yolunun bağlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə avtomobilin üzərinə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ rayonu, Zarağan kəndində güclü külək səbəbindən avtomobillərin üzərinə aşmış obyektin damı ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülərək yolda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
VIII Qurultayın yekunları və qarşıda duran hədəflərin müzakirəsi Ağdaşda davam etdirilir
YAP Ordubad rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub