Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Belə ki, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
VIII Qurultayın yekunları və qarşıda duran hədəflərin müzakirəsi Ağdaşda davam etdirilir
YAP Ordubad rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub