Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Küveyt əmiri ölənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir
Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin əbədiliyinin təminatçısıdır