Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov “X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Strasburqda Avropa Şurasının mənzil-qərargahı binası qarşısında Azərbaycan üçrəngli bayrağı yarıya endirildi, çünki Azərbaycan xalqı 25 dekabrda baş vermiş və çoxsaylı insan ölümünə səbəb olmuş faciəli təyyarə qəzasının qurbanlarına görə yas saxlayır", - o bildirib.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.
Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir
Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin əbədiliyinin təminatçısıdır
Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik