29 dekabr 2024 15:55
456

Təyyarə qəzasında həlak olan Ramin Ağayevin nəşi ailəsinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilib.

“İki sahil” xəbər verir ki, qəzada həlak olan R.Ağayevin nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.