07 avqust 2026 22:30
80

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tovuz şəhərinin mərkəzi prospektində “VAZ 2107” ilə “Kia” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC