Keçmiş ABŞ prezidentləri - Bill Klinton, Corc Buş (oğul) və Barak Obama Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya naharında iştirak etməyəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, Obama və Klinton artıq nahara dəvət alıblar, lakin onda iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və sabiq dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirdə iştirakdan imtina edib. Corc Buşun (oğul) nümayəndələri NBC-yə bildiriblər ki, onun dəvət alıb-almaması barədə məlumatları yoxdur.
Buna baxmayaraq, hər üç sabiq prezident D.Trampın andiçmə mərasimində iştirak edəcək. NBC-nin bildirdiyinə görə, adətən yeni dövlət başçısının inauqurasiya nitqindən sonra səlahiyyətləri başa çatan prezident Vaşinqtonu tərk edir. Yeni prezident isə sələfi ilə vidalaşdıqdan sonra Kapitoliyə qayıdır. Burada isə 1953-cü ildə ABŞ-nin 34-cü prezidenti Duayt Eyzenhauerin əsasını qoyduğu ənənəvi inauqurasiya naharı təşkil olunur.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir