Vladiqafqaz, Mahaçqala və Qroznı beynəlxalq hava limanları yenidən reysləri qəbul etməyə başlayıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu haqda Rosaviasiya xəbər yayıb. Məhdudiyyətlər iki saatdan bir qədər çox müddətə, saat 8:00-dan 10:20-dək qüvvədə olub.
Mülki uçuşların təhlükəsizliyini təmin etmək üçün hava limanının fəaliyyəti dayandırılıb. Vladiqafqaz hava limanının bağlanması fonunda Şimali Osetiyanın rəhbəri Sergey Menyailo sakinlərə pilotsuz təyyarələrin hücumu təhlükəsi barədə xəbərdarlıq edib.
Dağıstanın rəhbəri Sergey Melikov “Kaspiyskdəki obyektlər üzərində” dronların aşkar edildiyini açıqlayıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir