Bugün deputat Pərvanə Vəliyeva Xətai rayonunda vətəndaş qəbulu keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Xətai rayon sakinlərinin qaldırdıqları məsələləri dinlərək müraciətlərini qəbul edib.
Deputat vətəndaşların müraciətlərinin həlli istiqamətində çalışacağını bildirib. Görüşdə, vətəndaşlara operativ xidmət məqsədilə, həmçinin, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.
Növbəti vətəndaş qəbuluna yazılmaq və məlumat almaq üçün vətəndaşlar aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər:
+994558113330
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb
“Sosial saat”ın budəfəki buraxılışında sosial xidmət müəssisələrində göstərilən xidmətlərdən bəhs olunacaq