COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadırlar.
“İki sahil” xəbər verir ki, bu barədə COP29 sədrliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"COP29-un prezidenti və baş danışıqçı COP29-da əldə edilmiş irəliləyişin bütün dünyada insanların daha yaxşı və təhlükəsiz gələcəyini necə təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir neçə görüşdə iştirak edəcəklər", - məlumatda qeyd olunub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir