Dünən gecə saatlarında ABŞ Nümayəndələr Palatası 217 lehinə, 215 əleyhinə olmaqla qızğın müzakirələrə və ABŞ Demokratik Partiyasının ümidsiz müqavimətinə səbəb olan büdcə qanun layihəsini təsdiqləyib.
“İki sahil” "nbcnews.com"a istinadla xəbər verir ki, səsvermə zamanı hətta bir respublikaçı konqresmen Tomas Massi Demokratlara qoşulub. Lakin bu, Donald Tramp administrasiyası tərəfindən irəli sürülən büdcə layihəsinin qarşısını almaq üçün kifayət etməyib.
Ən mübahisəli məsələlər sırasında biznes və vətəndaşlar üçün vergilərin 4,5 trilyon dollar azaldılması, büdcə xərclərinin 2 trilyon dollar azaldılması olub. Eyni zamanda, hərbi və miqrasiya orqanları üçün büdcənin 100 milyard dollar artırılması təklif edilirdi ki, bu da ABŞ-a qeyri-qanuni immiqrasiyaya qarşı mübarizəni sərtləşdirməlidir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir