Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov BMT-nin Əfqanıstan üzrə Məskunlaşma Proqramının (UN-Habitat) başçısı Stefani Luzla dünya təşkilatının missiyasının fəaliyyətini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə BMT nümayəndəsi sosial şəbəkədə yazıb.
“Səfirlə UN-Habitat işi ilə bağlı maraqlı və ilhamverici fikir mübadiləsinə görə təşəkkür edirəm. Daha çoxunu gözləyirik – diqqətimiz 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumundadır”, – Luz qeyd edib.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib