Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran – Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ilə ikitərəfli əlaqələri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Tehrandakı diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.
“Azərbaycan Res. İran İR-dəki səfiri Ə.Əlizadə İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Südeyf Bədri və qrupun üzvləri ilə görüşüb, ikitərəfli əlaqələrə və dostluq qrupları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılmasına dair fikir mübadiləsi aparıb”, – səfirliyin mətbuat xidməti qeyd edib.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib