Küveyt Əmiri Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycanın krallıqdakı səfiri Emil Kərimovu qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkəsində yazıb.
“Bu gün müqəddəs Ramazan ayının gəlişi münasibətilə Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Küveyt Dövlətində akkreditə olunmuş diplomatik missiyaların başçılarını qəbul etdi və biz Əlahəzrətlərə təbriklərimizi çatdırdıq”, – o qeyd edib.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib