Milli Məclisdə Amnistiya aktının qəbul olunması haqqında məsələ qaldırılıb.
“İki sahil” xəbər verir ki, bu təkliflə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, həbsxanalardan ona və digər hüquq müdafiəçilərinə çox sayda müraciətlər daxil olur: “Hesab edirik ki, Amnistiya aktının qəbul olunması vacibdir”.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib