Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
“İki sahil” xəbər verir ki, o, bu təyinatdan öncə nazirlik yanında Kosmik Agentliyi (“Azərkosmos”) ASC-nin İdarə Heyətinin sədri olub.
Bununla da, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Nazirlikdən bildirilib ki, “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsinə hələki təyinat yoxdur.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib