Sabah İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi keçiriləcək.
“İki sahil” xəbər verir ki, açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı baş tutacaq.
Azərbaycan və Türkiyə prezidentləri qaz kəmərinin açılışını videobağlantı vasitəsilə edəcək.
Qeyd edək ki, İğdır-Naxçıvan təbii qaz kəmərinin təməli 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib