Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Görüş Ciddə şəhərində keçirilir. ABŞ tərəfini danışıqlarda dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil edir.
Ukrayna nümayəndə heyətinə xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov daxildir.
Tərəflər ABŞ-nin yardımının bərpası, eləcə də Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanında işgüzar səfərdədir. Lakin o, danışıqlarda iştirak etməyəcək.
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq