İspaniyanın Əndəlus muxtar vilayətinin paytaxtı Sevilya şəhərini “Nuriya” qasırğası vurub.
“İki sahil”in xarici KİV-ə istinadən verdiyi məlumata görə, güclü fırtına zamanı anbarın damının uçması nəticəsində 3 nəfər həlak olub.
Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
İspaniyanın Əmək və Sosial İqtisadiyyat Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq