08 aprel 2025 11:25
351

UNEC-in rektoru: Son on ildə universitetin alimlərinin məqalələrinin sayı 301 dəfə artıb

Son on ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin məqalələrinin sayı 301 dəfə artıb.

“İki sahil” xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov ali təhsil müəssisəsində keçirilən Elm Festivalında deyib.

Onun sözlərinə görə, 2020-2024-cü illərdə Azərbaycan alimlərinin SCOPUS-da çap olunmuş bütün məqalələrinin 20%-i, "Web of Science"də isə 19%-i UNEC-in payına düşür:

"Son beş ildə (2020-2025-ci illər) UNEC alimlərinin çap etdirdiyi məqalələr SCOPUS-da 6,4 dəfə, "Web of Science"də 5,8 dəfə, "SciVal"da 6,3 dəfə, "İn Cites"də isə 5,6 dəfə artıb".