42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, deputat Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətən müharibəsi qazilərinin müraciəti aidiyyəti üzrə öz həllini tapması üçün nəzarətə götürülüb. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda qabaqcıl müəllimləri və əlaçı şagirdləri mükafatlandırıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib