İtaliyanın məhkəmə orqanları tərəfindən; “İnsan alveri və miqrant qaçaqmalçılığı” maddəsi ilə Qırmızı bülletenlə axtarılan cinayət təşkilatının lideri Əsəd Ali Gomaa Xodır İstanbulda tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
"Qanunsuz mühacirlərin İtaliyaya qeyri-qanuni keçidini təmin edən mütəşəkkil cinayət təşkilatının rəhbəri Əsəd Ali Gomaa Xodırın yeri müəyyənləşdi və İstanbulun Fatih bölgəsində keçirilən əməliyyatla saxlanıldı", - nazir bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq