Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Natiq Baxışov və 40 yaşlı Tural Şıxıyev saxlanılıblar.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onlardan ümumilikdə 13 kiloqram marixuana və 4558 ədəd ədəd metadon həbi aşkarlanıb. T.Şıxıyev və N.Baxışovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə yönəlib
AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib - Video
Yeni qanun əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təminatına xidmət edir