Suriyada hərbi bazaların yerləşdirilməsi və ya saxlanılması ilə bağlı istənilən razılaşma qanunilik və Dəməşqin suverenliyi prinsiplərinə əsaslanmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari “Kommersant”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Qətər rəhbərliyi Suriya xalqının səsinə məhəl qoymayan tətbiq edilmiş qərarları dəstəkləmir.
"Xarici hərbi mövcudluğa gəlincə, Qətər hesab edir ki, istənilən razılaşma Suriyanın suverenliyi və qanunilik prinsipinə əsaslanmalıdır", - deyə XİN rəsmisi qeyd edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir