28 aprel 2025 13:40
163

BANM-da “Açıq qapı” günü olacaq

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu tədbir, ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradacaq.

Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-ın tədris mühiti və imkanları haqqında ətraflı məlumat əldə edə biləcəksiniz.

Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.

Qeydiyyat linki: https://forms.office.com/r/82HdvmXbpk