29 aprel 2025 11:41
100

BANM-in komandası “GreenTech” müsabiqəsinin qalibi oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Meta Yeast” komandası “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.

Ali məktəbdən "İki sahil"ə bildirilib ki, komanda “Davamlı inkişaf üçün sosial innovasiyalar” kateqoriyası üzrə I yeri tutub.

Müsabiqənin qalibləri kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Murad İmamverdizadə, Günəş Lətifova, Ləman Mehdiyeva, Ruslan Rüstəmzadə və Nərmin Nəbiyevadır.

Komandanın mentoru isə Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyevadır.

Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə 30 ali təhsil müəssisəsindən 80 komanda iştirak edib.