30 aprel 2025 08:56
92

Tbilisidə bazarda güclü yanğın baş verib

Aprelin 30-da səhər saatlarında Tbilisidə dəmiryolu vağzalı bazarının ərazisində güclü yanğın baş verib.

“İki sahil” xəbər verir ki, yanğın Borjomi dəmir yolu vağzalının ərazisində geyim, meyvə-tərəvəz və müxtəlif əşyalar üçün anbarların olduğu ərazidə baş verib. Ətrafı qatı tüstü bürüyüb.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, hadisə yerində xilasedicilər işləyir. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.