ABŞ prezidenti Donald Tramp iş adamını Türkiyəyə səfir təyin edib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, Donald Trampın Türkiyə səfiri vəzifəsinə namizədliyini irəli sürdüyü iş adamı Tomas Barak Senatın Baş Assambleyasında keçirilən səsvermə nəticəsində təsdiqlənib.
İlk turda 62 senatorun dəstəyini alan Barak ikinci və son səsvermədə 60 “hə” səsi ilə rəsmi olaraq Türkiyə səfiri olub.
Tomas Barak iş dünyasındakı sərmayələri və xüsusilə daşınmaz əmlak sektorundakı fəaliyyəti ilə tanınır. Uzun illər prezident Donald Trampın yaxın çevrəsində olan Barak, həm də seçki kampaniyalarında və pul yığımlarında fəal rol oynayıb.
Yeni səfirin yaxın vaxtlarda Ankarada fəaliyyətə başlayacağı gözlənilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”